Dç-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun millimizin hücumçusu Bolinya üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, millinin forması altında Dç-lərdə 10-cü qolunu vurub.

2016-cı ildən Azərbaycan millisinə cəlb edilən hücumçu 7 qolu həmin il Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində rəqib qapılarından keçirib.

Hazırkı seçmə mərhələdə isə hücumçu Moldova ilə görüşdə dubl edib, Monteneqronun qapısına isə bir dəfə yol tapıb.

Həmçinin dünən millimiz yubiley qələbəsini qazanıb. Belə ki, oyun komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu isə millinin indiyə qədər keçirdiyi rəsmi oyunlarda 35-ci qələbəsi olub. Beləliklə futzalçılarımız Dç-lərdə 26 oyun keçirib, 12 qələbəyə sevinib, Aç-lərdə 51 oyun və 23 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest