"Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "çelsi" ulduz futbolçunun xidmətində maraqlıdı.

"Zadəganlar" mövsümün sonunda 24 yaşlı orta sahə oyunçusunu heyətinə qatmağa çalışacaq. London təmsilçisi Serbiya millisinin üzvü üçün qarşı tərəfə 60 milyon avro təklif edəcək. Ancaq ulduz futbolçu digər nəhəng klubların da diqqət mərkəzindədi.

Qeyd edək ki, Sergey Milinkoviç-Saviç "Latsio"ya 2015-ci ildə "Genk"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest