PSJ-nin hücumçusu Kilian Mbappe uğrunda mübarizəyə daha bir komanda qoşulub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real" və "Barselona"ya indi də "Yuventus" rəqib olub.

"Qoca sinyora" rəhbərliyi ulduz futbolçu üçün transfer strategiyası hazırlayır. Turin təmsilçisi gənc oyunçunun keçidinə 380 milyon avro sərmayə ayırmağı planlaşdırır. İtalyanlar bu məbləğin transfer xərclərini və futbolçunun 5 il ərzində maaşını ödəməyə kifayət edəcəyini düşünür.

Qeyd edək ki, PSJ-nin "Monako"dan 180 milyon avroya aldığı Kilian Mbappenin parislilərlə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest