26 Oktyabr 2019, 13:51
FUTBOL
"Beşiktaş" "Qalatasaray"la derbi matçına ciddi itkilərlə çıxacaq. Matc.az saytı xəbər verir ki, İstanbul təmsilçisində Dorukhan Toköz, Burak Yılmaz, Gökhan Gönül, Duqlas Pereyra, Abdulay Diabi, Kevin Nkudu və Viktor Ruis zədədən əziyyət çəkir.
Avropa Liqası çərçivəsində "Braqa" ilə oyunda da iştirak etməyən bu oyunçulardan Gökhan, Burak, Diabi, Nkudu, Ruis və Duqlasın oynayıb-oynamayacağına bu axşam baş tutacaq son məşqdən sonra qərar veriləcək. Dorukhanın isə derbidə forma geyməyəcəyi dəqiqdi.
Qeyd edək ki, sabah baş tutacaq "Beşiktaş" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.