28 Oktyabr 2019, 10:04
FUTBOL
İngiltərə Premyer Liqasında "Lester" önündə darmadağın olan (0:9) "Sauthempton" nümunəvi addımla diqqət çəkib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın məşqçilər korpusu və futbolçuları maaşlarının bir hissəsindən imtina ediblər.
Belə ki, onlar əməkhaqqılarının müəyyən məbləğini xeyriyyə fonduna bağışlamaq qərarına gəliblər. Klub həmin məbləği yoxsullara kömək edən fonda köçürəcək.
Qeyd edək ki, "Sauthempton" öz meydanında 9 cavabsız top buraxaraq, tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. "Lester" isə Premyer Liqada səfərdə 9 qol vuran ilk klub olub.