"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba daha bir müddət komandadan ayrı qalacaq. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş məşqçi Ole Qunnar Sulşer məlumat verib.

Norveçli mütəxəssis bildirib ki, 26 yaşlı orta sahə oyunçusu noyabrda da kollektivdən ayrı qalacaq: "Poqbanı dekabra qədər oyunlarda görəcəyimizi düşünmürəm. O, uzun müddətə sıradan çıxıb. Tam bərpa olunması üçün zamana ehtiyacı var. Ola bilsin dekabrda komandaya kömək edə bilsin".

Qeyd edək ki, Pol Poqba sonuncu dəfə sentyabrın 30-da Premyer Liqanın VII turu çərçivəsində "Arsenal"la görüşdə iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest