AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun I modulu keçirilir. Matc.az xəbər verir ki, oktyabrın 31-dək davam edəcək kursda 8 məşqçi iştirak edir.

Belarusun paytaxtı Minskdə keçirilən kursa Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynov rəhbərlik edir. Məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edəcəklər.

Kursda iştirak edənlər arasında Rəşad Abdullayev və Zaur Ramazanov da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest