"Liverpul" azarkeşləri PSJ-nin hücumçusu Kilian Mbappeni doğma komandalarında görmək istəyirlər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fanatlar bununla bağlı haştaq yaradıblar.

"Qırmızılar"ın pərəstişkarları Mbappenin transfer edilməsi üçün artıq rəhbərliyə təzyiq etməyə başlayıb. Onlar gələn mövsüm Fransa millisinin üzvünü hücum "trio"sunda görməyi arzulayırlar.

Qeyd edək ki, Kilian Mbappe "Real", "Barselona" və "Yuventus"un maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest