"Zirə"nin Azərbaycan Premyer Liqasının IX turunun "Sabah"la oyununda vurduğu ilk qol klubun tarixinə 100-cü səfər topu kimi düşüb. Matc.az xəbər verir ki, bu qola 22-ci dəqiqədə Nicat Süleymanov imza atıb.
Qarşılaşmanın sonlarındakı bərabərlik topu isə "qartallar"ın rəqib meydanında vurduğu topların sayını 101-ə çatdırıb. Bu qollar 90 oyunda vurulub. Səfərdəki orta məhsuldarlıq 1,12-yə bərabərdi. Bu toplardan 62-si Premyer Liqa, 27-si birinci divizion, 9-u Azərbaycan kuboku, 3-ü Avropa Liqasına təsadüf edib.
Zirəlilərin səfər qolları mövsümlər üzrə belədi: 2014/15 – 27, 2015/16 – 18, 2016/17 – 14, 2017/18 – 18, 2018/19 – 20, 2019/20 – 4.
25 rəqibin meydanında fərqlənməyi bacaran "Zirə"nin səfərdə ən çox qol vurduğu komanda "Neftçi"di – 13. Qəsəbə klubu "Sumqayıt"la görüşlərdə 9, "Qəbələ", "Səbail", "Keşlə" və AZAL-ın meydanında 7 qol vurub.