"Napoli" ciddi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Kevin Malkyui sıradan çıxıb.

Futbolçu A seriyasının IX turunda "Spal"la (1:1) qarşılaşmanın 70-ci dəqiqəsində zədələnərək əvəzlənib. Tibbi müayinə zamanı fransalının sağ diz ön çarpaz bağlarında zədə aşkarlanıb. Həkimlərin rəyinə əsasən, 28 yaşlı oyunçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Kevin Malkyui "Napoli"yə ötən il 12 milyon avro müqabilində "Lill"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest