Argentina millisinin kapitanı Lionel Messinin cəza müddəti bitir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu gələn aydan yığmanın formasını geyinə biləcək.

Belə ki, noyabrın 2-dən etibarən 3 aylıq diskvalifikasiyası bitəcək Leo gələn ay baş tutacaq yoldaşlıq görüşlərində oynaya biləcək. çünki məşqçilər korpusu "Barselona"nın liderini noyabrın 15-də Braziliya, 19-da isə Uruqvaya qarşı yoldaşlıq görüşünə kapitanı dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, Cənubi Amerikanın Futbol Federasiyasını (KONMEBOL) və hakimləri sərt şəkildə tənqid etdiyi üçün cəzalandırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest