Türkiyə Superliqasının daha bir klubu baş məşqçisiz qalıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, "Göztəpə"nin çalışdırıcısı Tamer Tuna vəzifəsindən istefa verib.

Komandanın ardıcıl uğursuz nəticələri 43 yaşlı mütəxəssisi bu addıma əl atmağa vadar edib. Bununla cari mövsümdə Superliqada artıq 5-ci baş məşqçi istefası reallaşıb. "Göztəpə"dən əvvəl "Dənizlispor" və "Gənclərbirliyi"nin 1, "Kayserispor"un isə iki çalışdırıcısı ilə yollar ayrılmışdı.

Qeyd edək ki, "Göztəpə" ölkə çempionatında keçirdiyi 9 oyunda cəmi 8 xal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest