İngiltərə Premyer Liqasının IX turunun "Mançester Yunayted"lə görüşündə zədələnən "Liverpul"un futbolçusu Joel Matipin son durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, kamerunlu müdafiəçi 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Matip zədə səbəbindən "Liverpul"un növbəti 10 oyununu buraxacaq. 28 yaşlı müdafiəçi bu mövsüm 10 oyunda iştirak edib və 2 qol vurub.

Qeyd edək ki, "Mançester Yunayted" – "Liverpul" oyunu 1:1 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest