"Real" qış fasiləsində hücumçusu Qaret Beyllə yollarını ayıra bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "kral klubu" Uels millisinin kapitanını yenidən satmaq fikrinə düşüb.

İspanlar mövsümlərarası fasilədə onunla vidalaşmağa çalışsa da, çindən gələn astronomik təklifə Beyl "yox" cavabını vermişdi. çin klubu "Şanxay Şenxua" yenidən 30 yaşlı futbolçuya "elçi düşüb". "Real" rəhbərliyi də onun bu dəfə satışından gəlir əldə etmək niyyətindədi.

Qeyd edək ki, Qaret Beyl 2013-cü ildən "Real"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest