UEFA-nın rəsmi saytında AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər barədə videoçarx yerləşdirilib. Matc.az saytı xəbər verir ki, videogörüntülərlə birgə həmçinin qarşılaşmaların keçiriləcəyi şəhərlər barədə məlumatlar diqqətə çatdırılıb.

Həmin görüntüdə Bakı haqda da kiçik məlumatlar verilib:

- Dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən Bakı bu göstəriciyə görə dünya paytaxt şəhərləri arasında birincidi. Bakını həm də "Küləklər şəhəri" adlandırırlar. Hələ XIX əsrdən etibarən bu şəhər neft hasilatının mərkəzi hesab olunurdu.

- Bakı ultra-müasir arxitektura ilə zəngindir, qədimliyi sevənlər üçün isə burada qala divarları ilə əhatə olunmuş İçəri-Şəhər var. İçəri-Şəhər UNESCO-nun ümumdünya İrsi siyahısına daxildir. Burada həmçinin Qız Qalası və XV əsrə aid Şirvanşahlar Sarayı mövcuddu.

- Azərbaycan milli komandasının da ev oyunlarını keçirdiyi Bakı Olimpiya Stadionunda 2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyunu təşkil olunub. Finalda Londonun "çelsi" və "Arsenal" komandaları qarşılaşıb.

AVRO-2020-nin 3 qrup mərhələsi oyunu və 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest