"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandada futbolçu sayının çox olduğunu bildirib.

Matc.az xəbər verir ki, ispan mütəxəssis buna görə bəzi oyunçularla yolları ayrılmasının tərəfdarıdır. Qvardiola klub rəhbərliyi ilə bu haqda danışdığını deyib:

"Rəhbərliyə növbəti mövsüm üçün geniş heyət istəmədiyimi bildirdim. 5-6 futbolçunu tribunaya göndərmək istəmirəm. Əgər bu olmasa, "Mançester Siti"də qalmayacağam. Futbolçuları tribunaya göndərmək, onları oynatmamaq mənim prinsiplərimə ziddir. Oyunçularımız zədələndiyi üçün 4 transfer etdik. Artıq zədəlilərimiz qayıdıb. 24 futbolçu ilə məşq keçə bilmərəm. Növbəti mövsümdə belə olmayacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest