Mövsümün sonunda "Lill"dən ayrılacağını açıqlayan Anxel Qomes Türkiyəyə yollana bilər.

Matc.az yerli mətbuata istinadən xəbər verir ki, "Fənərbaxça" ingiltərəli yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İstanbul klubunun idman direktoru Mario Branko yayda azad agent statusunda olacaq futbolçunun meneceri ilə danışıqlara başlayıb. "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"də şans verdiyi 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Anxel Qomes bu mövsüm "Lill" forması ilə keçirdiyi 20 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest