Bu gün Azərbaycan II Liqasında cari mövsümə yekun vurulub.
Matc.az xəbər verir ki, 26-cı turun son oyun günündə 4 qarşılaşma baş tutub.
Lider "Şahdağ Qusar" səfərdə "Dinamo" ilə qolsuz heç-heçə edib. Bununla da qusarlılar 72 xalla turnirin çempionu olublar.
Onların ən yaxın izləyicisi "Şəfa" isə səfərdə "Qusar"a 9 cavabsız qolla qalib gəlsələr də, çempionatı 71 xalla ikinci sırada başa vurublar.
Qeyd edək ki, I Liqaya "Şahdağ Qusar", "Şəfa" və "Şimal" vəsiqəni təmin edib.
II Liqa
XXVI tur
21 may (çərşənbə)
"Şəmkir" – "Şəki Siti" - 2:0
Qollar: A.Tağıyev, 57; V.Cəfərov, 65 - pen.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Şəmkir OİK stadionu
"Araz Saatlı" – "Haypers Quba" - 0:2
Qollar: H.Novruzov, 36; C.İmamverdiyev, 90+4- pen.
Qırmızı vərəqə: R.İbrahimov, 70 ("Araz Saatlı"); A.Həşimli, 70 ("Haypers Quba")
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli
Saatlı OİK stadionu
"Dinamo" – "Şahdağ Qusar" - 0:0
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Rəhman Aslanov, İslam Məmmədov
Binə qəsəbə stadionu
"Qusar" – "Şəfa" - 0:9
Qollar: E.Zamanov, 14; Ə.Hüseynov, 22; A.Yunanov, 27 - pen; 40, 54, 72; Ü.Quliyev, 76, 79; S.Ağayev, 82
Qırmızı vərəqə: R.Rüstəmov, 26 ("Qusar")
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Neftçi Futbol Mərkəzi (IV meydança)