İyirmi ölkə klublararası dünya çempionatı ilə birbaşa əlaqəli olacaq əlavə yay "transfer pəncərəsi"nin açılacağını elan edib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək və standart müqavilələr iyunun 30-a kimi nəzərdə tutulur. Bundan əlavə, "transfer pəncərəsi" adətən iyulun 1-də açılır, yəni normal vəziyyətdə klublar turnirə yeni oyunçuları qeydiyyatdan keçirə bilmirlər.

Qeyd olunur ki, əlavə yay "transfer pəncərəsi" iyunun 1-dən 10-dək Argentina, Avstriya, Braziliya, Misir, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya, Koreya, Meksika, Mərakeş, Yeni Zelandiya, Portuqaliya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, İspaniya, Tunis, BƏƏ və ABŞ-da açılacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest