"Osimhen Səudiyyə Ərəbistanında 3 illik müqavilə üçün 120 milyon avro maaş təklifi alıb. Avropa klubları ilə rəqabət apara bilərik. Amma ərəblərlə rəqabət mümkünsüzdür"

"Qalatasaray" icarə əsasında heyətinə qatdığı Viktor Osimhenin transfer hüququna yiələnmək istəyir.

Matc.az xəbər verir ki, klub prezidenti Dursun Özbek bu barədə yerli mətbuata açıqlamasında məlumat verib. "Sarı-qırmızılar"ın rəhbəri nigeriyalı hücumçu üçün Avropa və Səudiyyə Ərəbistanı klubları ilə rəqabət apardıqlarını bildirib:

"Osimhen Səudiyyə Ərəbistanında 3 illik müqavilə üçün 120 milyon avro maaş təklifi alıb. Avropa klubları ilə rəqabət apara bilərik. Amma ərəblərlə rəqabət mümkünsüzdür. Futbolçu qərarını 1-2 həftə ərzində verəcək. Osimhen "Qalatasaray"da çox gözəl günlər keçirib. Bu sevgini başqa yerdə görməyəcəyini bilir. Viktorun verəcəyi qərara görə strategiyamızı müəyyənləşdirəcəyik".

Qeyd edək ki, Viktor Osimhen mövsümün əvvəlində "Napoli"dən "Qalatasaray"a icarəyə verilib. 26 yaşlı forvard İstanbul təmsilçisinin heyətində keçirdiyi 40 oyunda 36 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest