21 May 2025, 13:59
FUTBOL
"Bayer"lə müqaviləsi başa çatan Conatan Tanın yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, Almaniya millisinin üzvü "Bavariya" ilə anlaşıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Ta "Bavariya" ilə 4 illik müqavilənin şərtlərini razılaşdırıb. 29 yaşlı mərkəz müdafiəçisinin yeni klubunda illik maaşı 14 milyon avro olacaq.
Qeyd edək ki, Conatan Ta bu bu mövsüm "Bayer"in heyətində keçirdiyi 49 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.