"Brondbü" klubunun 23 yaşlı yaponiyalı hücumameyilli yarımmüdafiəçisi Yuito Suzuki "Frayburq"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, transfer 7,5 milyon avro təşkil edib. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, bu mövsüm Suzuki Danimarka klubunda 39 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. O, daha əvvəl Fransanın "Strasburq" klubunda icarə əsasında çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest