29 Oktyabr 2019, 16:27
FUTBOL
Xorvatiyalı futbolçu İvan Rakitiç bu qış "Barselona"dan ayrılacaq. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Xəbərdə Rakitiçin "Barselona" rəhbərliyi ilə görüşdüyü və ayrılmaq üçün razılıq aldığı bildirilir. Bu mövsüm az şans qazanan Xorvatiya millisinin üzvünün İtaliyaya – "İnter"ə üz tutacağı gözlənilir.
Qeyd edək ki, 2014-cü ildən "Barselona"da forma geyinən 31 yaşlı yarımmüdafiəçinin Kataloniya təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Rakitiç bu mövsüm "Barsa" formasıyla 8 oyuna çıxıb.