30 Oktyabr 2019, 09:20
FUTBOL
İngiltərə liqa kubokunun 1/8 final mərhələsində "Sauthempton"la keçirilən oyun "Mançester Siti"nin hücumçusu Serxio Aquero üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı forvard yubiley görüşünə çıxıb.
Belə ki, bu, ulduz futbolçunun "şəhərlilər"in heyətində 350-ci oyunu olub. Dünənki qarşılaşmada dubla imza atan Aquero "Mançester Siti"dəki qol sayını 242-yə çatdırıb. Komandanın hazırkı oyunçuları arasında yalnız David Silva (396 matç) ondan çox oyun keçirib.
Qeyd edək ki, "Sauthempton" üzərində 3:1 hesablı qələbə qazanan "Mançester Siti" 1/4 finala yüksəlib. Serxio Aquero 2011-ci ildən "şəhərlilər"in formasını geyinir.