30 Oktyabr 2019, 13:09
FUTBOL
"Yuventus"un sabiq futbolçusu Klaudio Markizio soyğunçuların hücumuna məruz qalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə yarımmüdafiəçinin evində baş verib.
Belə ki, Turində maskalı oğrular İtaliya millisinin sabiq üzvünün evinə girib, silahla onu və həyat yoldaşını hədələyiblər. Soyğunçular qızılları yığaraq qaçıblar.
Turin polisi dəymiş ziyanı araşdırır və soyğunçuların axtarışındadı.