"Leypsiq"in hücumçusu Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted"dən sonra Premyer Liqanın daha bir təmsilçisi gənc forvardın xidmətində maraqlıdı.

Belə ki, "Liverpul" 23 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədi. Baş məşqçi Yurgen Kloppun tələbindən dərhal sonra "qırmızılar" Bundesliqa klubu ilə danışıqlara başlayıb. "Mançester Yunayted"lə mübarizədən qalib ayrılmaq istəyən "mersisaydlılar" qış fasiləsində bu transferi reallaşdırmağı planlaşdırır. Almaniya millisinin üzvü də bu keçidə qarşı deyil.

Qeyd edək ki, Timo Verner 2016-cı ildən "Leypsiq"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest