Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.

Lider "Yuventus" isə "Cenoa"nı qəbul edib. Turin təmsilçisi bu görüşdə çətin qələbəyə sevinib. "Fiorentina" da səfərdə "Sassuolo"nu oxşar hesabla məğlub edib.

"Roma" səfərdə "Udineze"ni, "Latsio" isə evdə "Torino"nu 4 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşü Neapolda keçirilib. "Napoli" doğma azarkeşləri qarşısında "Atalanta" ilə münasibətlərinə aydınlıq gətirib və xal itkisi ilə üzləşib.

İtaliya A Seriyası
10-cu tur

29 oktyabr

Parma – Verona 0:1
Qol: Lazoviç, 10.

Breşiya – İnter 1:2
Qol: Şkrinyar, 76-öz qapısına – L.Martines, 23. Lukaku, 63.

30 oktyabr

Napoli – Atalanta 2:2
Qol: Maksimoviç, 16. Milik, 71 – Freuler, 41. İliçiç, 86.

Kalyari – Bolonya 3:2
Qol: J.Pedro, 48; 8. Simeone, 72- F.Santander, 23. Olsen, 90+1-öz qapısına.

Yuventus – Cenoa 2:1
Qol: Bonuççi, 36. Ronaldo, 90+5-pen – Kouame, 41.

Latsio – Torino 4:0
Qol: Açerbi, 25. İmmobile, 33; 70. Belotti, 90-öz qapısına.

Sampdoriya – Leççe 1:1
Qol: Ramires, 90+2 – Lapadula, 8.

Sassuolo – Fiorentina 1:2
Qol: Boqa, 24 – Kastrovilli, 63. Milenkoviç, 81.

Udineze – Roma 0:4
Qol: Zaniolo, 14. Smollinq, 51. Kluyvert, 54. Kolarov, 65-pen.

31 oktyabr

00:00 Milan – SPAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest