İngiltərə Liqa Kubokunun 1/8 finalında "Arsenal"la qarşılaşan "Liverpul" rəqibini yalnız penaltilər seriyası ilə üstələməyi bacarıb. Matc.az saytının məlumatına görə, "Enfild Roud"da baş tutan görüşün əsas vaxtı 5:5 hesabı ilə nəticələnib.

Bununla "qırmızılar" son 66 il ərzində ikinci dəfə doğma arenasında 5 və daha çox qol buraxmış olub. Komanda bundan əvvəl 2007-ci ildə İngiltərə Liqa Kubokunda məhz "Arsenal"la qarşılaşmada qapısında 5-dən çox top görmüşdü - 3:6.

Qeyd edək ki, "Liverpul"un 1/4 finaldakı rəqibi bu gün bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest