"Neftçi" Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ"ı qəbul edəcək. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmanın biletləri bu gün satışa çıxarılacaq.

Mərkəzi oyunun biletlərinin qiyməti VİP yerlərə 5 manat, qalan bütün sektorlara 1 manat təşkil edəcək. Biletləri saat 15:00-dan etibarən "Bakcell Arena"nın kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" – "Qarabağ" oyunu saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest