"Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. "Azərikimya" İB-də baş tutan iclasda "Sumqayıt"nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri - İmran Arzumanzadə, Vaqif Ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

"Sumqayıt"ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Azərikimya" İB-də baş tutan iclasda "Sumqayıt"nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri – İmran Arzumanzadə, Vaqif ömərov, Teymur Səmədov, Telman Salahov və Abdulla Məmmədov iştirak ediblər.

Toplantıda əsas komandanın çıxışı, akademiyanın cari mövsümdəki fəaliyyəti, klubun infrastrukturu ilə bağlı yeni layihələr, Müşahidə Şurasına yeni üzvlərin seçilməsi və digər məsələlər müzakirə edilib. Yekunda "Kapital Bank" ASC-nin Müştəri Menecmenti və Məhsullar Departamentinin direktoru Fərid İslamov, həmçinin "Paşa Həyat Sığorta" ASC-nin Satış və Marketinq departamentinin rəisi Vüsal Nağıyevin şuraya üzv seçilməsi iclas iştirakçıları tərəfindən yekdilliklə qəbul olunub.

İclasın sonunda Müşahidə Şurası tərəfindən klubun rəhbərliyinə bəzi məsələlərlə bağlı müxtəlif tapşırıqlar verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest