Cənubi Amerikanın ən güclüsünün müəyyən olunduğu Libertadores kubokunun final matçının keçiriləcəyi stadion məlum olub. Matc.az xəbər verir ki, həlledici görüş çilidə keçiriləcək.

Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb.

Libertadores kubokunun final görüşü noyabrın 23-də, Argentinanın "River Pleyt" və Braziliyanın "Flamenqo" klubları arasında, çilidə yerləşən "Estadio Nasional" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest