31 Oktyabr 2019, 17:49
FUTBOL
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində səfərdə "Liverpul"a məğlub olaraq, mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, əsas vaxtı 5:5 hesabıyla bitən oyunda "topçular" penaltilər seriyasında uduzub – 4:5.
Bu qarşılaşmada "Arsenal" ilkə imza atıb. Belə ki, London təmsilçisi 21-ci əsrdə "Liverpul"un stadionunda – "Enfild Roud"da 5 qol vuran ilk komanda olub.
"Liverpul" isə İngiltərə Liqa Kuboku tarixində 8-ci dəfə penaltilər seriyasında qalib gəlib. Bu, İngiltərə klubları arasında rekord göstəricidi.