PSJ-nin hücumçusu Edinson Kavani komandasını dəyişmək fikrindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bununla bağlı rəhbərliyi məlumatlandırıb.

Belə ki, 32 yaşlı forvard mövsümün sonunda Paris təmsilçisini tərk etmək fikrində olduğunu çatdırıb. O, yeni müqavilə təklifini qəbul etməyəcəyini bildirib. Uruqvay millisinin üzvü "Atletiko" və "Flamenqo" arasında seçim edəcək.

Qeyd edək ki, Edinson Kavaninin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest