04 Noyabr 2019, 14:34
FUTBOL
"Napoli"nin hücumçusu Xose Kalyexon komandasını dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərliyin yeni müqavilə təklifini ispaniyalı rədd edib.
Daha doğrusu, neapolluların şərtləri 32 yaşlı oyunçunu razı salmayıb. Klub prezidenti Aurelio De Laurentis də forvardın şərtlərini qəbul etməyəcəklərini söyləyib. "Napoli" müqavilə müddəti mövsümün sonuna qədər olan oyunçusunu qış fasiləsində satmağı planlaşdırır.
Onun çinə köçmək ehtimalı daha yüksəkdi. çünki sabiq "Napoli"li Marek Hamşikin formasını geyindiyi "Dalyan Yifan" qarşı tərəfə konkret təkliflə müraciət edib. "Dalyan Yifan"ın baş məşqçisi isə "Napoli"nin keçmiş çalışdırıcısı Rafael Benitesdi.