Qadınlardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə qrup mərhələsi çərçivəsində çexiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşün baş hakimi Maria Marotta olacaq. Ona Françeska Di Monte və Tiziana Traskyatti kömək edəcək. Dördüncü hakim funksiyasını Silvia Qasperotti yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 7-də "ASCO Arena"da keçiriləcə Azərbaycan - çexiya matçı saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest