04 Noyabr 2019, 22:44
FUTBOL
Niko Kovaçla yollarını ayıran "Bavariya" baş məşqçi axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisinin əli bir namizəddən üzülüb.
Belə ki, almanlar ilk olaraq "Ayaks"ın çalışdırıcısı Erik Ten Haqa "elçi düşüb". Lakin 49 yaşlı mütəxəssisin cavabı "yox" olub. Ten Haq ən azı mövsümün sonuna qədər Amsterdam təmsilçisini tərk etməyəcəyini bildirib.
Qeyd edək ki, Erik Ten Haq 2013-2015-ci illərdə "Bavariya"nın əvəzedici komandasında çalışıb.