05 Noyabr 2019, 10:23
FUTBOL
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinin sədr müavini Orxan Hüseynzadə yeni təyinat alıb. Matc.az saytının məlumatına görə, UEFA onu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununa təyin edib.
Belə ki, Hüseynzadə Rusiya – Latviya görüşündə iş başında olacaq. O, Rostov şəhərindəki "Rostov Arena"da baş tutacaq qarşılaşmada UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.