05 Noyabr 2019, 12:28
FUTBOL
Madrid "Real"ının əfsanəvi futbolçusu Quti baş məşqçilik fəaliyyətinə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 43 yaşlı mütəxəssisin ilk peşəkar klubu artıq bəllidi.
O, Sequndada mübrizə aparan "Almeriya"nın "sükanı arxası"na keçib. Bunu klub rəsmi saytı vasitəsilə bəyan edib. Tərəflər arasında müqavilənin şərtləri barədə məlumat verilməyib. Quti bu postda istefaya göndərilən Pedro Emanueli əvəzləyib.
Qeyd edək ki, Quti buna qədər "Real"ın gənclər komandasında və "Beşiktaş"da məşqçi kimi çalışıb.