Xavi Ernandesin baş məşqçisi olduğu "Əl Sədd" klubunun uğursuz çıxışı davam edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Qətər klubunun son 6 oyunun 4-də məğlub olması azarkeşlərin kəskin etirazına səbəb olub.

Onlar artıq Xavinin istefaya göndərilməsi üçün rəhbərliyə təzyiq göstərir. Rəhbərlik də bu məsələni nəzərdən keçirməyə başlayıb. Gənc mütəxəssisin istefaya göndəriləcəyi təqdirdə, tezliklə "Barselona"nın "sükanı arxası"na keçməsi gözlənilir. Kataloniyalılar bu istəklərini onun özünə də bildiriblər.

Qeyd edək ki, Xavi Ernandes baş məşqçilik karyerasına bu il başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest