"Barselona"nın müdafiəçisi Jerar Pike klub prezidenti olmaq fikrində qətidi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı futbolçu indidən hazırlıqlara başlayıb.

O, karyerasını bitirdikdən sonra namizədliyini irəli sürəcək. Pike prezident seçiləcəyi təqdirdə, Andoni Zubizarretanı idman direktoru, Xavi Ernandesi isə baş məşqçi postuna təyin edəcək. O, həmçinin Andres İnyestanın da xidmətindən klub strukturunda yararlanmaq niyyətindədi.

Qeyd edək ki, Jerar Pikenin "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest