"Barselona"nın kapitanı Lionel Messi klubla yeni müqavilə bağlamağa razı deyil. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz tələsik qərar vermək istəmir.

Düzdü, Leo "Barsa"dan ayrılmaq niyyətində deyil. Ancaq mövsümün sonunda müqavilə müddətini uzatmağa da müsbət yanaşmır. O, bu prosesi 2021-ci ilin yayına saxlamağı məqsədəuyğun sayır. Messi həmin vaxtkı formasını nəzərə alaraq qərar vermək istəyir.

Qeyd edək ki, "Barselona"nın prezidenti Xosep Bartomeu kapitana ömürlük müqavilə təklif edəcəklərini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest