Hər il Koreya səfirliyi taekvondo üzrə yarışlar təşkil edir. Matc.az xəbər verir ki, bu il baş tutan yarışların qalibləri arasında ilk dəfə olaraq dünya birinciliyi keçirilib.

Respublikamızda da artıq bir neçə ildi "səfir kuboku" yarışları təşkil olunur. Builki turnirdən seçilən üç idmançı ölkəmizi dünya birinciliyində təmsil edib və hər üçü mükafatçılar sırasında yer alıb.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə yarışa qatılan Məmməd Abdullayevin yetirmələrindən Səyyad Dadaşov (-51 kq) və Yaşar Məmmədli (-63 kq) qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Riyad Şirəliyev (-55 kq) isə çempionatın bürünc medalına sahib olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest