13 Noyabr 2019, 16:45
FUTBOL
İspaniya La Liqasının X turundan təxirə salınan "Barselona" - "Real" oyunun tarixi dəqiqləşib. Matc.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi tvitter səhifəsi məlumat yayıb.
Bildirilir ki, "El Klasiko" öncədən də planlaşdırıldığı kimi, dekabrın 18-nə təyin olunub. "Nou Kamp"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Qeyd edək ki, təqvimə əsasən oyun oktyabrın 26-da keçirilməli idi. Ancaq Barselonakı etiraz aksiyaları səbəbindən qarşılaşma təxirə salınıb.