13 Noyabr 2019, 17:50
FUTBOL
İngiltərə millisinin hücumçusu Rahim Sterlinq əfv edilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Qaret Sautqeyt onu yenidən məşqlərə cəlb edib.
Məsələ burasındadı ki, "Mançester Siti"nin forvardı "Liverpul"la qarşılaşmada rəqib müdafiəçisi Co Qomeslə mübahisə etmişdi. Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirdiyindən, heyətdən uzaqlaşdırılmışdı. Futbolçu yenidən kollektivə qoşulsa da, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Monteneqro ilə keçiriləcək oyunu buraxacaq.
Qeyd edək ki, ingilislər noyabrın 17-də qrupdakı son matçı Kosovoya qarşı keçirəcək.