"Los-Anceles Qalaksi" hücumçusu Zlatan İbrahimoviçlə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu MLS klubunun prezidenti Kris Kleyn söyləyib.

O bildirib ki, 38 yaşlı forvardın dekabrın 31-dək olan müqavilə müddəti yenilənməyəcək: "Zlatana klubdakı və MLS-dəki çıxışına görə təşəkkür edirik. O, gəlişi ilə oyunumuza müsbət təsir göstərdi. Ehtiraslı oyununa və peşəkarlığına görə minnətdarıq".

Qeyd edək ki, Avropaya qayıtmağa hazırlaşan Zlatan İbrahimoviçin yenidən "Milan"da oynaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest