Madrid "Real"ının yarımmüdafiəçisi Hames Rodriges sıradan çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu bir müddət komandadan ayrı qalacaq.

Hames yeni qoşulduğu Kolumbiya yığmasının məşqi zamanı dizindən xəsarət alıb. Onun Mayamidə Peru ilə keçiriləcək yoldaşlıq görüşünü buraxacağı dəqiqdi.

Futbolçu ABŞ-da zədəsinin müalicəsinə başlayıb. Ancaq onun nə zaman hazır olacağı barədə hələlik məlumat verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest