"Azərbaycan yığması rəqiblərə çətinlik yarada bilir. Fikrimcə, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər"
"Azərbaycan yığması rəqiblərə çətinlik yarada bilir. Fikrimcə, nəticə komandanın səviyyəsini əks etdirmir. Azərbaycan yaxşı çıxış etdi. Əminəm ki, gələcəkdə rəqiblər millinizlə oynamaqdan çəkinəcəklər. Bu gün şanslı idik. 3 gün sonra bizi Macarıstanla böyük oyun gözləyir. Növbəti mərhələ ümidlərimizi bu oyuna saxlamışıq". Matc.az xəbər verir ki, bu sözləri Uels yığmasının müdafiəçisi Ben Deyvisə məxsusdu.
Uels millisi Aç-2020-nin seçmə mərhələsində yığmamızla Bakıda keçirilən görüşdə 2:0 hesablı qələbə qazandı. Oyunsonrası jurnalistlərə danışan Deyvis komandamızın ünvanına xoş sözlər söyləyib: "Yaxşı futbolçularınız var. Cinahda çox yaxşı oynayırlar. Mərkəzdə kapitanınız Qara Qarayevin çıxışını xüsusi qeyd edərdim. çox yaxşı top saxlayır. Ona qarşı oynamaq olduqca çətin idi. çətin oldu. Bizə problem yarada bildilər".