Benzema açıqlamasında başqa yığmada oynamaq istəyini dilə gətirib: "Milli karyeramın bitib-bitməyəcəyinə özüm qərar verə bilərəm. Əgər onlar Fransa yığmasında bir daha oynamayacağımı qərara alıblarsa, o zaman imkan versinlər, başqa ölkənin formasını geyinim".

"Real"ın hücumçusu Kərim Benzemanın Fransa millisinə qayıtmaq arzusunun üstündən birdəfəlik xətt çəkilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrae bunun heç vaxt baş tutmayacağını söyləyib.

Benzema isə bununla bağlı açıqlamasında başqa yığmada oynamaq istəyini dilə gətirib: "Milli karyeramın bitib-bitməyəcəyinə özüm qərar verə bilərəm. Əgər onlar Fransa yığmasında bir daha oynamayacağımı qərara alıblarsa, o zaman imkan versinlər, başqa ölkənin formasını geyinim. Ondan sonra nələr olacağını görərik".

Benzema konkret yığma adı çəkməsə də, onun Əlcəzair millisində çıxış etmək arzusu olduğu bildirilir. Bunun üçün isə FIFA-ya rəsmi müraciət etmək lazımdı. Ali futbol qurumu indiyə qədər Asmir Beqoviç, Neven Subotiç, Tiaqo Motta, Naser çadli, Dieqo Kosta və Alfredo Di Stefanonun ikinci millidə iştirakına icazə vermişdi.

Qeyd edək ki, hazırda icarə əsasında "Qarabağ"da çıxış edən Asmir Beqoviç əvvəllər Kanadanın gənclər yığmasında çıxış edib, daha sonra isə Bosniya və Herseqovina millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest