18 Noyabr 2019, 17:01
FUTBOL
İngiltərə millisi AVRO-2020-nin seçmə mərhələsində Kosovonu məğlub edib – 4:0. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv 2019-cu ildə keçirdiyi oyunlarda 38 qol vurmağı bacarıb.
Bu, ingilislərin son 111 ildə ən yaxşı göstəricisidi. Bundan əvvəl 1908-ci ildə İngiltərə yığması bir il ərzində 39 qol vurmağı bacarmışdı.
AVRO-2020-nin seçmə mərhələsinin A qrupunda yer alan İngiltərə millisi keçirdiyi 10 oyunda 37 qol vurub.