16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, komanda noyabrın 28-də bir araya gələcək.
2004-cü il təvəllüdlü oyunçular dekabrın 2-dək Bakıda toplanış keçəcək. Hazırlığa 28 futbolçu çağırılıb.
U-16-nın heyəti: Ərtoğrul Quliyev, Vasif Fərəcov, Nəriman Axundzadə, Amin Qarayev (hamısı "Qarabağ"), Rəhman Məmmədov, Ruhid Mustafayev (hər ikisi "Sumqayıt"), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Bayram Nacafəliyev ("Paxtakor", özbəkistan), Qurban Səfərov, Sahib Həsənov, Tofiq Bayramov, Nihad Şirinzadə (hamısı "Keşlə"), Fariz Xeyrullayev, Rüfət Abbasov, Oruc Məmmədov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov, Namiq Şamilov, Ibrahim Ramazanov (hamısı "Qəbələ"), Elxan Zeynalabdinzadə, Firəddin Abdullayev (hər ikisi "Sabah"), Mahmud Ağayev ("Zirə"), Nahid Əliyev ("Sankt-Peterburq", Rusiya), Raul Yaqubzadə ("Peruca", İtaliya).